Rusiyanın Ukraynada başlatdığı müharibəyə baxmayaraq, Kiyev "Eurovision 2022"də iştirak etməyə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə müsabiqənin Ukraynadakı "Facebook" səhifəsində məlumat verilib.
"Güclü və inanılmaz dövlətimiz hələ də "Eurovision 2022"də iştirak edəcək!" - mesajda deyilir.
Döyüşlərə baxmayaraq, KALUŞ Orkestri öz ifasını təhlükəsiz yerdə lentə alacaq və mahnı müsabiqəsinin təşkilatçılarına göndəriləcək.
"İşğalçılar üzərində qələbə qazanacağımız təqdirdə, nümayəndə heyətimiz may ayına qədər İtaliyaya gedəcək və bütün Avropada canlı mahnı oxuyacaq!", - məlumatda deyilir.
Xatırladaq ki, təşkilatçılar beynəlxalq mahnı müsabiqəsində Ukraynanı "Stefaniya" mahnısı ilə Kaluş Orkestrində təmsil etmək qərarına gəliblər.
Ağarza Elçinoğlu