Ukraynanın paytaxtı Kiyevdə baş verən partlayış metroya zərər vurub. Partlayış dalğası "Lukyanovskaya" stansiyasının binasının fasadını dağıdıb.
"Unikal" xəbər verir ki, bu barədə “Kiyevskiy Metropoliten” özünün Facebook səhifəsində hadisə ilə bağlı məlumat yayıb.
Məlumatda "Diqqət! Partlayış dalğası "Lukyanovskaya" stansiyasının binasının fasadına və inzibati binalara ziyan vurub. Qatar hərəkət edərkən qatarlar stansiyada dayanmayacaq" - deyə bidirilib.