Ukrayna prezidenti Vladimir Zelenskinin martın 16-da ABŞ Konqresində çıxış edəcəyi bildirilir.
"Unikal" xəbər verir ki, Senat çoxluğunun lideri Demokrat Çak Şumer və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Zelenskinin müraciəti ilə bağlı Konqres üzvlərinə birgə məktub göndəriblər.
Zelenskinin saat 16:00-da Konqresdə videokonfrans vasitəsilə çıxış edəcəyi bildirilib.
Qeyd edək ki, martın 8-də Ukraynanın paytaxtı Kiyevdən videokonfrans vasitəsilə Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasına müraciət edən Zelenski İcmalar Palatasında deputatlar qarşısında çıxış edən ilk xarici lider olub.