Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərini davam etdirən Fransa prezidenti Emmanuel Makronun fotoşəkilləri gündəm olub.

"Unikal" xəbər verir ki, kostyumdan başqa gündəlik geyimdə tez-tez görünməyən Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenskinin dəb anlayışını mənimsəməyə başlayıb.

Özünəməxsus üslubu olan Fransa prezidenti 20 gündür müharibədə olan Zelenskinin üslubunu təqlid edib. Belə  ki, Fransa Prezidentliyinin rəsmi fotoqrafı Soazig de la Moissonniere tərəfindən çəkilib paylaşılan fotolarda Makron Zelenski kimi kamuflyaj kostyumunda görünür. Makronun üzərində elit paraşüt komandasının loqosu olan kapüşon geyindiyi halda saqqalını kəsmədiyi görünür.

Bu foto paylaşıldıqdan sonra sosial mediada bir çox istifadəçi Makronun seçkiyə bir neçə gün qalmış seçiciləri qazanmaq üçün Zelenskinin üslubundan istifadə etdiyini bildirib.

Gülayə  Mecid