Dörd Slovakiya vətəndaşı məxfi məlumatları toplamaqda və Rusiya səfirliyinin əməkdaşlarına ötürməkdə şübhəli bilinərək saxlanılıb.

"Unikal" xəbər verir ki, bunu Slovakiya respublikanın polis rəisi vəzifəsini icra edən Stefan Qamran bildirib.

"Son günlərdə Rusiyanın Bratislavadakı səfirliyinin əməkdaşı üçün məxfi məlumatlar toplayan və bunun üçün ondan qonorar alan dörd Slovakiya vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında keçmiş əks-kəşfiyyatçı da var. Söhbət onların bu fəaliyyətinə görə qonorar olaraq on minlərlə avro almalarından gedir...", - Qamran qeyd edib. 

Polis rəisi əlavə edib ki, saxlanılanlardan ikisi xarici hərbi kəşfiyyatda işlədiyini etiraf edib.

Ağarza Elçinoğlu