Rusiya prezidenti Vladimir Putinin şəxsi həyatı ilə bağlı məlumatlar gizli saxlanılsa da, onun keçmiş həyat yoldaşı Lyudmila Şkrebnevanın Putinlə evli olduğu dövrlə bağlı bəzi detallar diqqət çəkib. Hekayələr arasında ən maraqlısı Putinin qeyri-adi evlilik təklifidir.
"Unikal" xəbər verir ki, Lyudmila Şkrebneva 2000-ci ildə yazdığı "Birinci şəxs" tərcümeyi-halında Putin ilə münasibətləri haqqında maraqlı təfərrüatlar danışıb.
Şkrebneva bildirib ki, üç il yarım davam edən münasibətdən sonra Putin ona evlilik təklifi edib.
“Biz bir yerdə oturarkən qəfildən öz qüsurlarından danışmağa başladı. Özünü tənqid edirdi. “İndi mənim necə bir insan olduğumu bilirsən. Çox rahat insan olduğumu deyə bilmərəm", - deyə ifadə etməyə başladı. O, bəzən çox impulsiv davrandığını, hətta bunun nəticəsində insanları təhqir edirdi".
Putinlə keçirdiyi 30 ilini “riskli” kimi xarakterizə edən Şkrebneva, “Özünü tənqid etdikdən sonra mənə üz tutub dedi: “Üç il yarım birlikdə keçirdik. İndi siz qərarınızı verdiniz?". Mən “bəli" dedim. Düşündüm ki, bu sözlərin sonunda ayrılmaq istəyəcək... Amma sonra birdən "Səni sevirəm və sənə evlilik təklif edirəm" dedi və məndən cavab gözlədiyini söylədi. Bu, mənim üçün tamamilə sürpriz oldu", - deyə bildirib.
1983-cü ildə Putin-Lyudmila cütlüyünün Mariya Vorontsova və Yekaterina Tixonova adlı iki qızı dünyaya gəldi. 2000-ci ildən, Putin prezident olduqdan sonra cütlüyün münasibətləri sarsılmağa başladı.
2013-cü ilin iyun ayında cütlük ayrıldıqlarını açıqladı. Bir il sonra aprel ayında rəsmi olaraq boşandılar və 30 illik evlilikləri sona çatdı. "Bu, birgə qərar idi. Hər birimizin öz həyatı var", - deyə Putin mətbuata açıqlamasında deyib.
Bundan sonra Şkrebneva özündən 21 yaş kiçik biznesmen Artur Oçeretnı ilə 2015-ci ildə ailə həyatı qurub. Vladimir Putinin həyatında kiminsə olub-olmaması məxfi olaraq qalır. “New York Post” qəzetində yer alan xəbərə görə, Putin boşandıqdan sonra rəsmi nikaha girməsə də, olimpiya mükafatçısı Alina Kabaeva ilə uzun müddətdir münasibəti var. Bu birlik hələ rəsmi olaraq təsdiqlənməyib, lakin cütlüyün İsveçrədə yaşayan dörd övladının olduğu da güman edilir.
Rusiyanın Ukraynaya təcavüzündən sonra hər iki ölkənin liderləri ilə bağlı bir çox maraqlı detallar üzə çıxıb. Vladimir Putinin yürüşünü təhlil edən ekspertlər maraqlı bir detala diqqət çəkiblər. Putin sol qolunu irəli tutaraq asimmetrik şəkildə yeriyir və həmişə sağ qolunu geridə saxlayır. Sol qolu daim öndə olan Putinin bu gedişinin sirrini açmaq istəyən portuqal, italyan və hollandiyalı nevroloqlar Putinin sağ əlini arxasında saxlamasının səbəbini araşdırıblar. Araşdırmalar nəticəsində Putinin yeriyərkən və sol əlini daha çox irəli-geri hərəkət etdirərkən, demək olar ki, sabit sağ əli Parkinson xəstəliyinin başlanğıcı ola bilər. "British Medical Journal"da dərc olunan araşdırmaya görə, Putin Sovet kəşfiyyatı KQB-də aldığı təlim sayəsində belə yeriyir.
Putinlə bağlı zaman-zaman gündəmə gələn hadisələrdən biri də mübahisəli botoks iddialarıdır. Rusiya liderinin üz quruluşunu araşdıran həkimlərin fikrincə, Putin botoks etdirməyi sevən biridir. Mançesterdəki "Reflect" Klinikasının həkimi Lambenin sözlərinə görə, botoks prosedurları Rusiya liderinin üzündə çox görünür. 2019-cu ildə "Sun Online"a danışan Dr. Lambe Rusiya liderinin botoksu haqqında, "Mən super yuxarı göz qaldırma və bəlkə də çənə qaldırma görürəm ki, bu da ona daha diqqətli və təravətli görünüş verir", - deyib. Doktor Lambe iynələrin Putinin emosiyaları hiss etmə qabiliyyətini də uyuşdurduğunu iddia edib.
Putinin sözçüsü Rusiya lideri Vladimir Putinin botoks müalicəsinin ola biləcəyi fikrini tamamilə rədd edib. Putinin sözçüsü, tədqiq edilən fotoşəkillərdə və ya görüntülərdə ətrafdakı işığın pis ola biləcəyini ifadə edərək, Putinin çox yorğun olduğunu düşündüyünü, ola bilsin ki, yorğun olan zaman çəkilən görüntülərin botoks kimi qəbul edildiyini söyləyib. Lakin Doktor Lambe bütün bu cavabları qətiyyətlə rədd edərək, Rusiya liderinin botoksdan əziyyət çəkdiyinə əmin olduğunu təkrarlayıb.
Gülayə Mecid