Cənubi Koreya hökuməti Rusiyanın təcavüzü fonunda Ukraynaya 804 min 181 dollar dəyərində qeyri-öldürücü hərbi yük göndərəcək.
"Unikal" xəbər verir ki, bu barədə "The Korea Herald" məlumat yayıb.
Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Bu Xing Çan, "Hazırda biz detallar, o cümlədən onların (yükün) göndərilməsi və digər spesifik məsələlərlə bağlı məsləhətləşmələr aparırıq", - deyə bildirib.
Ötən həftə nazirlik Ukraynaya öldürücü silahların ötürülməsinə dair “məhdudiyyətlər” gördüyünü bildirib.
Qeyd olunur ki, Ukrayna Rusiyanın işğalından sonra tüfənglər, tank əleyhinə raketlər və digər silahlar da daxil olmaqla humanitar və hərbi dəstək üçün bir sıra digər ölkələrə müraciət edib.
Fevral ayında Ukraynanın Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Ponomarenko Ukraynanın kibertəhlükəsizlik potensialının gücləndirilməsinə kömək etmək üçün ölkəyə müraciət edib.