"35 jurnalist rus hərbçiləri tərəfindən hücuma məruz qalıb. 3-ü isə həlak olub".
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat yayıb.
“Rusiya Federasiyasının işğalçıları Ukraynada törətdikləri hərbi cinayətlərin obyektiv işıqlandırılmasına qarşı mübarizə aparırlar – jurnalistləri öldürür və atəşə tuturlar. Artıq azı 35 jurnalist rus silahlılar tərəfindən yaralanıb. Üç nəfər həlak olub”, - məlumatda deyilir.
Denisova həmçinin, "Jurnalist Viktor Dudar Nikolayev yaxınlığında döyüşlər zamanı itkin düşüb; Operator Yevhen Sakun Kiyevdə raket hücumu nəticəsində həlak olub; ABŞ vətəndaşı, videojurnalist və sənədli film rejissoru Brent Reno Kiyev vilayətinin İrpen şəhərində nəzarət-buraxılış məntəqəsində öldürülüb", - deyə bildirib.
O, düşmənin atəşə tutulması nəticəsində yaralanan jurnalistlərinin vəziyyətlərinin yaxşı olduğunu qeyd edib.
Gülayə Mecid