İfrat sağçı Fransa prezidentliyinə namizəd Erik Zemmur Vladimir Putinə oxşamaq istəyir.
"Unikal"ın "Le Figaro" qəzetinə istinadən verdiyi xəbərə görə, o, Putinə niyə heyran olduğunu açıqlayıb.
"SSRİ-nin dağılmasından sonra Putin öz ölkəsinin vətənpərvərliyi ilə Rusiyanı böyük dövlətə çevirə bildi. Deməli, mən Fransanın vətənpərvərliyi ilə vətəndaşlarımızın maraqlarını qorumaq istəyirəm", - o izah edib.
Siyasətçi onu da deyib ki, ruslar tarixi şəraitə görə həmişə "sərt" olublar: "Onlar öz paytaxtlarını yandırmağa hazır idilər, sadəcə Napoleon ordusu qarşısında baş əyməmək üçün. Mən xalqların təbiətinə inanıram", - Zemmur deyib.
Ağarza Elçinoğlu