ABŞ Polşa, Almaniya, Niderland və Slovakiyaya “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirir

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib

O qeyd edib ki, Rusiyanın Ukraynanı işğalı və Belarusla hərbi inteqrasiyası Avropa qitəsində yeni təhlükəsizlik reallığı yaradıb.

“Bütün bunlar mesajdır. Yəni müttəfiqlərdən hər hansı birinə hücum bütün alyans tərəfindən qətiyyətli cavabla üzləşəcək”, - deyə Baş katib bildirib.