Rusiya Kanadanın Baş naziri Castin Trüdoya sanksiya tətbiq edib.
"Unikal" Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Kanada Baş naziri ilə bərabər xarici işlər və müdafiə nazirlərinin də Rusiyaya girişi qadağan olunaraq rəsmi Moskvanın “qara siyahı”sına salınıb.
Bundan başqa, Rusiya XİN 300-dən çox kanadalı parlamentariyə qarşı da sanksiya tətbiq edib.
Rəsmi Moskva Kanada rəsmilərinə qarşı sanksiyaların zəruri xarakter daşıdığını, bunun Rusiyaya qarşı düşmənçilik fəaliyyətinə cavab olduğunu bəyan edib.