Rusiyanın Avropa Şurasından çıxması ilə bağlı qərar qəbul edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy məlumat verib.
O qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov təşkilatın baş katibinə müvafiq məktubu göndərib.
“Rusiya öz istəyi ilə Avropa Şurasından çıxır, bu, balanslaşdırılmış”, - deyə Tolstoy bildirib.
Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının sədri Tini Koks bildirib ki, təşkilat martın 15-də Rusiyanın üzvlüyü ilə bağlı qərar qəbul edəcək.