Pekin ABŞ-ı Çinin qanuni hüquq və maraqlarına zərər verməməyə çağırır.
"Unikal" xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litszyan ABŞ-ın Ukrayna böhranı ilə bağlı mövqeyinə görə, Çinə qarşı sanksiya perspektivlərilə bağlı sualı cavablandırarkən deyib.
O, ABŞ-ın birtərəfli sanksiyaları olacağı təqdirdə Pekinin Çin şirkətlərinin hüquq və maraqlarını qətiyyətlə qoruyacağını vurğulayıb.
Diplomat əlavə edib ki, sanksiyalar heç vaxt problemlərin həlli üçün effektiv vasitə olmayıb.
Mənbə: RİA Novosti