"Miss World - 2021" beynəlxalq gözəllik müsabiqəsinin qalibi polşalı Karolina Belyavska olub. 

"Unikal" xəbər verir ki, bu barədə müsabiqənin saytında məlumat verilib.

Mükafatlandırma mərasimi Puerto-Rikanın San-Xuan şəhərində keçirilib. Tacı "Dünya gözəli - 2019" titulunun sahibi yamaykalı Toni-Anne Sinq təqdim edib.

Bildirilib ki, bu il "Miss World"də Rusiyadan heç bir iştirakçı olmayıb. 

Miss World finalının əvvəlcə 17 dekabr 2021-ci ildə baş tutacağı gözlənilirdi, lakin mərasim COVID-19 epidemiyası səbəbindən son anda ləğv edilib. Daha sonra mükafatlandırmanın 2022-ci ilin mart ayında keçirilməsi qərara alınıb.

Aynurə Xudaverdiyeva