Şəmkirdə iki dostun mübahisəsi zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, qətlə yetirilən Şəmkir şəhər sakini 1995-ci il təvəllüdlü A.Süleymanovdur. Digər bıçaq xəsarətləri alanlar 1986-ci il təvəllüdlü T.Gözəlov və 1991-ci il təvəllüdlü X.Məmmədovdur.
Hər iki şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
***01:27
Şəmkir sakini qətlə yetirilib.
"Unikal"ın məlumatına görə, hadisə Şəmkir şəhərində mərkəzi küçələrin birində qeydə alınıb.
İki dostun arasında mübahisə düşüb. Davadan sonra dostlardan biri digərini bıçaqlayaraq qətlə yetirib, daha 2 nəfər isə yaralanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əmədaşları cəlb olunub.
Tural Əhmədov