İranın cənubundakı Hörmüzqan əyalətində 6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzinin məlumatına görə, episentri Hörmüzqan vilayətinin Kuherd şəhərində olan 6 bal gücündə zəlzələ yerli vaxtla saat 02:45-də qeydə alınıb.
Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi açıqlanıb.
Ətraf şəhərlərdə hiss edilən və panikaya səbəb olan zəlzələdə can və mal itkisi ilə bağlı hələlik açıqlama verilməyib.
Hörmüzqan əyaləti ölkənin cənubunda, Fars körfəzi sahilində yerləşir.