"Rusiyada hazırda açıq səfərbərlik həyata keçirilmir, amma gizli səfərbərlik aparılır".
"Unikal" xəbər verir ki, bunu Ukrayna telekanallarının efirində Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü Fyodor Venislavski bildirib.
"Açıq səfərbərlik, ümumi səfərbərlik (Rusiya Federasiyasında - red.) baş vermir, gizli səfərbərlik gedir. Özəl hərbi strukturlara muzdlular cəlb olunur. Baxmayaraq ki, onlara vəd edilən maaşların səviyyəsi yalnız pul üçün döyüşməyə hazır olanları qane etmir - daha çox, bütün mənzərəni başa düşürlər. Bu muzdlular isə onları nəyin gözlədiyini mükəmməl başa düşürlər, çünki onlar Rusiya Federasiyasının adi vətəndaşından fərqli olaraq nə qədər real itkilərin olduğunu başa düşürlər. Onlar isə Ukrayna ilə müharibəyə getməkdən çox çəkinirlər", – Venislavski bildirib.
O bildirib ki, Rusiya gizli şəkildə ilk növbədə kadr itkilərini dolduracaq insan resurslarını səfərbər etməyə çalışır.
Ağarza Elçinoğlu