Gürcüstanda ötən sutkada koronavirusa 888 yeni yoluxma halı qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 2 831 nəfər müalicə olunaraq sağalıb, 17 nəfər isə vəfat edib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 639 678 nəfər yoluxub. Onların 1 594 011-i sağalıb, 16 612-si isə ölüb.