Rusiya qüvvələri Ukraynada mülki əhalinin cəmləşdiyi bölgələri vurmağa davam edir.
"Unikal" xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Qruplarının yaydığı məlumata görə (DSNS) Xarkovda bazar ərazisi bombalanıb. Hadisə nəticəsində bombaların vurduğu bazardakı mağazalarda yanğın başlayıb.
"Xarkovda bazar meydanın bombalanması nəticəsində 3 nəfər həyatını itirib, 5 nəfərin isə yaralanıb", - məlumatda qeyd olunub.
Bildirilir ki, bombaların vurduğu bazarda təxminən 3 min 600 kvadratmetrlik dükanlar tamamilə məhv edilib.