Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya hücumlarının 22-ci günündə Almaniya Bundestaqında çıxış edib.
"Unikal" xəbər verir ki, Zelenski çıxışında ölkəsinin Avropa İttifaqına üzv olacağını bildirib.
Bununla yanaşı, Ukrayna lideri müharibəni dayandırmaq üçün bəzi sanksiyalar və yardımların çox gec olduğunu söyləyib.
"Berlin blokadasında heç bir bomba yox idi, amma indi Avropada insanlar məhv edilir. Siyasətçilər həmişə “bir daha heç vaxt” deyirlər, lakin biz bu sözlərin mənasız olduğunu gördük”, - deyə Zelenski ifadə edib.