Komandanlığından valideynlərinə şikayət edən, həmçinin yemək və tibbi xidmətin olmamasından danışan rus əsgərinin söhbətinin səs yazısı dərc olunub.
"Unikal" xəbər verir ki, məlumatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) dərc edib.
Həmçinin bildirilib ki, Rusiya ordusunun komandirləri qaçır, əsgərlər yeməksiz, silahsız, pulsuz və tibbi yardımsızdır.
SBU tərəfindən ələ keçirilən növbəti lentlərdə əsgər qorxu ilə necə tərk olunduqlarını danışır: "Bizi rəhbərliyimiz tərk etdi, geri çəkildi ... Bizdə yalnız su var...".
O, yaralılara tibbi yardım göstərilməməsindən də gileylənir: "Yaxınlaşmaq belə olmur! Deyirlər gəzirsən, get avtomatını götür, yenidən döyüşə get".
"Ukraynadakı işğalçılar komandirlərə, öz ordusuna və Rusiya Federasiyasının rəhbərliyinə inamını itirirlər. Onlar başa düşürlər ki, onlar heç kimə lazım deyil və öz taleyinə buraxılıblar", - SBU qeyd edib.
Ağarza Elçinoğlu