İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə virusdan ölənlərin sayı 139387 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 2580 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7135719 nəfərə çatıb.