“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıb. Bu gün isə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.
O söyləyib ki, hər kəs Ukraynanın apardığı mübarizəni görür: “Ukraynın ərazi bütövlüyünü dəstəkləyirik. Humanitar yardımlarımız davam edəcək. Türkiyə ilk gündən etibarən savaşı dayandırmağa çalışır”.