“Rusiya tərəfi insanların münaqişə bölgəsindən çıxarılması məsələsində Ukraynanın maneə yaratdığını, Ukrayna tərəfi isə tam əksini söyləyir”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 17-də Ukraynanın Lvov şəhərində bu ölkənin xarici işlər naziri Dmitro Kuleba ilə keçirdiyi görüşdən sonra deyib.
“Biz də təklif etdik ki, beynəlxalq qurumlar – bura Beynəlxalq Qırmızı Xaç Komitəsi, BMT-nin qurumları, Türkiyə Qızıl Aypara Cəmiyyəti müşahidəçi olsun. 24 saatlıq atəşkəs olsun, bunun işə yarayıb-yaramadığını isə humanitar qurumlar müşahidə etsin”, - nazir vurğulayıb.