“Rusiya ilə danışıqlar ağır keçir, tərəflərin mövqeləri fərqlidir”.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
O qeyd edib ki, Ukrayna üçün prinsipial məsələlər toxunulmazdır.
“Danışıqlar prosesinin içərisində olmayan fəal şərhçilərə yumşaq şəkildə məsləhət vermək istəyirəm. Ciddi mübarizə aparan ölkədə yalanlarınızı yaymayın”, - deyə Podolyak bildirib.