Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya dəstək verən və silah göndəriləcəyini açıqlayan ABŞ prezidenti Co Baydenə təşəkkür edib.
"Unikal" xəbər verir ki, o, bu barədə açıqlama yayıb.
ABŞ-ın silah istehsalçılarından Ukraynaya yüksək səviyyəli silah və sistemlərin göndəriləcəyini söyləyən Kadırov bu silahları ələ keçirməyi və Rusiya adından istifadə etməyi səbirsizliklə gözlədiyini bildirib.
“Vaşinqtondan gözəl, həyəcanverici və ümidverici xəbərlər gəldi. İndiyə qədər Ukraynada ələ keçirdiyimiz silahlar bizi heç qane etməyib. Biz uzun müddətdir ki, döyüşçülərimizi necə ruhlandıracağımızı düşünürdük, lakin amerikalıların bizə kömək edəcəyini heç düşünməmişdik".
ABŞ-ın silah göndərdiyi xəbərini oxuyanda “ağzı sulanır” deyən Kadırov “Bütün bunlar doğrudanmı bizim olacaq?” deyə düşündüyünü ifadə edib.
Gülayə Mecid