Rusiya Federasiyasının silahlı təcavüzü nəticəsində Ukraynada 109 uşaq həlak olub, 130-dan çoxu yaralanıb.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın Baş Prokurorluğu deyib.
Bildirilib ki, uşaqlar ən çox bu bölgələrdə zərər çəkib - Kiyevdə - 55, Xarkovda - 34, Donetskdə - 26, Çerniqovda - 29, Nikolayevdə - 20, Jitomirdə - 15, Sumı və Xersonda - 14.
Baş Prokurorluq qeyd edib ki, aktiv döyüş əməliyyatlarının aparıldığı və müvəqqəti işğal olunmuş ərazilərdə baş vermiş hadisənin səhnələrinə baxış keçirmək imkanı olmadığından bu məlumatlar yekun xarakter daşımır.
Ağarza Elçinoğlu