Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Ərzaq Proqramı (WFP) Rusiyanın hücumlarının davam etdiyi Ukraynada qida tədarükü zəncirinin bitmək üzrə olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən mətbuat konfransında çıxış edən Dünya Ərzaq Proqramının (WFP) fövqəladə hallar üzrə koordinatoru Yakob Kern Ukraynadakı son vəziyyəti dəyərləndirib.
Ukraynanın Mariupol kimi mühasirədə olan şəhərlərində humanitar vəziyyətdən narahat olduğunu bildirən Kern, "Bəzi infrastrukturların məhv olması səbəbindən bir çox mağaza və anbar boş qaldı", - deyib.
Humanitar yardım və ərzaq konvoylarının ətraf şəhərlərə çata bilmədiyini vurğulayan Kern, "Ukraynada qida tədarük zəncirinin çökmə nöqtəsində olduğu" məlumatını paylaşıb.