Çernobaevka hava limanında (Xerson bölgəsi) Ukrayna hərbçiləri Rusiya Federasiyasının cənub hərbi dairəsinin ordusunun komanda məntəqəsini məhv edib.

"Unikal" UNİAN-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Ukrayna prezident aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

"Rusların komanda məntəqəsi və təyyarələrin toplanması məntəqəsi kimi istifadə etdikləri Çernobaevka aerodromu bizi nəticə ilə bir daha sevindirdi. Ukrayna silahlı qüvvələri Çernobaevka hava limanına yenidən zərbələr endirib. İlkin məlumatlara görə, Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komanda məntəqəsi məhv edilib. İlkin məlumatlara görə, bu ordunun komandiri həlak olub", - deyə Arestoviç bildirib.