Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən ağır yol qəzası olub.

Bu barədə "Unikal" “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Adana şəhərində qeydə alınıb. Kozan rayonunda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 23 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Məlumata görə, qəzaya sürücünün avtobusa idarəetməni itirməsi səbəb olub.