ABŞ-ın "V-22 Osprey" konvertoplanı Norveçdə beynəlxalq "Cold Response" hərbi təlim zamanı qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, bu barədə "NRK" televiziya kanalı məlumat yayıb.
Məlumata əsasən, göyərtəsində 4 nəfərin olduğu təyyarə Nurlann quberniyasının Budö şəhərindən təlim uçuşu həyata keçirib. Plana görə, o, yerli vaxtla saat 18:00 radələrində yerə enməli idi. Təxminən üç saat sonra xilasetmə qrupu qəza yerini şəhərdən cənub istiqamətində tapıb.
Hazırda təyyarənin ekipajının taleyi ilə bağlı məlumat yoxdur.