İranda ötən sutka ərzində 72 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 139 550 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 323 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 139 217 nəfərə çatıb.