NATO müdafiə planlarını aktivləşdirmək barədə qərar qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Alyansın tviter səhifəsində bildirilib.
NATO-nun Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında deyib ki, yeni qərar NATO-nu qorumaq məqsədilə verilib.
“NATO müttəfiqlərinin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdidlərə dözüm nümayiş etdirməyəcək. Biz Alyansı qorumaq üçün müdafiə planlarımızı aktivləşdirmişik, hazırlıqlarımızı gücləndirmişik və Atlantik okeanının hər 2 tərəfinə qoşun yerləşdirmişik”, - hərbi ittifaqın lideri vurğulayıb.