“Bu gün NATO liderləri Ukraynaya daha çox dəstək vermək barədə qərar qəbul edib”.
"Unikal" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, müttəfiqlərin çəkindiricilik və müdafiə fəaliyyətləri davam edəcək:
"Alyansın Şərq cinahında daha çox təyyarəmiz olacaq. Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışı da çox önəmli idi” , - deyə NATO-nun Baş katibi vurğulayıb.