Şərqi Avropadakı gərgin hərbi vəziyyəti nəzərə alaraq Avstriya Federal Ordusunun büdcəsinin artırılması təklif olunub.
"Unikal" xəbər verir ki, bu təkliflə müdafiə naziri Klaudia Tanner və Baş Qərargah rəisi Robert Briqer çıxış ediblər.
Avstriyanın parlamentdə təmsil olunan partiyalarının hərbi məsələlər üzrə nümayəndələri ilə görüşdə bildirilib ki, yeni təklifə əsasən qarşıdakı illərdə ordunun müasirləşdirilməsi üçün 10 milyard avronu əhatə edən fond yaradılmalıdır. Eyni zamanda, dövlət büdcəsində hərbi xərclərin həcmi ümumdaxili məhsulun 1,5 faizi səviyyəsinə qaldırılmalıdır.