Rusiya hesab edir ki, Ukrayna ilə razılığa gəlmək şansı var.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
""Niyə siz, prinsipcə, öz xalqına belə nifrət edən insanlarla, ideologiya üçün hər şey etməyə hazır olan Zelenski rejimi ilə dialoq aparırsınız?" kimi çoxlu suallar eşitməyimizə baxmayaraq...Biz o mövqedən çıxış edirik ki, Ukrayna ilə razılığa gəlmək şansı var", - Zaxarova bildirib.