ABŞ prezidenti Co Bayden Donald Trampın 2024-cü il seçkilərində yenidən onun rəqibi olacağı təqdirdə özünü şanslı hesab edəcəyini bildirib.
"Unikal" xəbər verir ki, o, Brüsselə səfəri zamanı jurnalistlərə deyib: "Növbəti seçkilərdə eyni şəxs mənə qarşı çıxsa, çox şanslı olacağam.
Qeyd edək ki, Tramp dəfələrlə növbəti prezident seçkilərində iştirak ehtimalına eyham vursa da, hələlik bu barədə rəsmi açıqlama verməyib.