Çində COVID-19 virusuna yoluxmaların qeydə alındığı bölgələrin sayı artdıqca, epidemik vəziyyət daha da pisləşir.
"Unikal" xəbər verir ki, bunu Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin ölkədə epidemik vəziyyətlə əlaqədar keçirdiyi mətbuat konfransında qurumun rəsmisi Mi Fen deyib.
O bildirib ki, Çində yerli yoluxmaların sayı hələ də yuxarı səviyyədədir və virusun təsirə məruz qalan şəhərlərin sayı çoxalmağa davam edir.
Mi Fen əlavə edib ki, Çin “Sıfır COVID” siyasətini davam etdirəcək. Bu çərçivədə epidemik nəzarət, erkən xəbərdarlıq və fövqəladə hazırlıq qabiliyyəti gücləndiriləcək, elmi əsaslarla PZR və antigen test prosesi həyata keçiriləcək.