Fransanın Rusiya qazı üçün rublla ödəmə tələbi ilə razılaşmaq üçün heç bir əsası yoxdur, bu tələbin məqsədi sanksiyalardan yayınmaqdır.
"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib. Fransa lideri vurğulayıb ki, Rusiya qazının avropalı alıcıları onu avro ilə almalıdırlar, ona görə də bu tələbi yerinə yetirmək mümkün deyil:
“Bu tələbin məqsədi sanksiyalardan yayınmaq üçün mexanizm tapmaqdır. Amma bu, imzaladığımız müqavilələrlə bir araya sığmır. Ona görə də mən bununla razılaşmaq üçün heç bir əsas görmürəm”.