Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərini Rusiya hərbçilərindən azad edib.

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna hərbçiləri Rusiya qoşunlarının silah-sursatını və döyüş texnikalarını ələ keçiriblər.

***20:34

Ukrayna qoşunları Sum vilayətinin Trostyanes şəhərinə daxil olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi "Facebook"da məlumat yayıb. 

Bildirilir ki, Ukrayna qoşunları tezliklə şəhər üzərində nəzarəti tam bərpa etməyə yaxındır.