Rusiya Prezidenti Vladimir Putin baş nazir Mixail Mişustinin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcəyini bildirib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, Putin bu barədə “Valday” Diskussiya Klubunun iclasında bildirib. 

"Mən bu yaxınlarda Azərbaycanda idim və İlham Əliyevlə razılığa gəldik ki, Rusiya tədbirdə yüksək səviyyədə təmsil olunacaq, baş nazir Mixail Vladimiroviç Mişustin iştirak edəcək", - deyə Putin bildirib.

Qeeyd edək ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.