İstanbul boğazında aşkarlanan partlayıcı maddə səbəbindən Qara dənizin Bolqarıstan ilə Türkiyənin Kocaeli vilayətinin Kefkən rayonu arasındakı bölgəsində gecə saatlarında hər cür balıq ovu qadağan edilir.
"Unikal" xəbər verir ki, bununla bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyindən yazılı açıqlama yayılıb.
Məlumatda bildirilib ki, bölgədə balıqçılıqla məşğul olanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə tətbiq olunan qadağa bu gündən qüvvəyə minəcək və yeni elana qədər davam edəcək.
Yeni tətbiq Qara dənizdə gün batandan gün çıxana qədər qayıqçılar da daxil olmaqla, balıq ovu edən bütün balıqçılara şamil olunur.