Bakının Binəqədi rayonunda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Naziriyindən "Unikal"a verilən məlumata görə, ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin 1 otağında döşəmə 5 m² sahədə və əşyalar yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.