Gürcüstanda ötən sutka ərzində daha 229 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, daha 2 993 nəfər müalicə olunaraq sağalıb, 12 nəfər isə ölüb.
Pandemiya başlayandan bu günədək Gürcüstanda COVID-19-a 1 646 545 yoluxma faktı qeydə alınıb. Yoluxanların 1 621 396-sı sağalıb, 16 720-si isə vəfat edib.