Alman velosipedçi Toni Martin 2012-ci il Olimpiya oyunlarında qazandığı gümüş medalını hərraca çıxarıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı idmançı xeyriyyə hərracından əldə edilən bütün gəliri Ukraynada müharibə qurbanlarına bağışlamağı planlaşdırır.
"Əgər nəvələrimə bu medalla insanlara həqiqətən kömək etdiyimi söyləyə bilsəm, bu, mənim üçün onlara ilkin mükafatı göstərməkdən daha çox məna kəsb edəcək. Heç kim mənim xatirələrimi məndən ala bilməz", - Martin bildirib.
Qeyd edək ki, mükafat üçün onlayn hərrac iki həftə davam edəcək və aprelin 9-da başa çatacaq. Medalın start qiyməti 5000 avrodur.
Ağarza Elçinoğlu