Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı planlaşdırılmış sui-qəsdin qarşısı alınıb.
"Unikal" xəbər verir ki, bu barədə "Kyiv Post"un "Twitter" hesabında məlumat verilib.
Bildirilir ki, Rusiya xüsusi xidmət orqanlarının rəhbərlik etdiyi 25 nəfərlik hərbi qrup Slovakiya-Macarıstan sərhədi yaxınlığında ələ keçirilib.
"Qrupun məqsədi Ukrayna Prezidentini fiziki cəhətdən aradan qaldırmaq olub", - deyə məlumatda qeyd olunub.