Bütün hallarda, o cümlədən təhlükəsizlik məsələləri də daxil olmaqla, Rusiya ilə ABŞ arasında dialoqa ehtiyac var, bu, hər iki ölkənin, eləcə də bütün dünyanın maraqlarına cavab verir.
"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya ilə ABŞ arasında dialoq istənilən halda lazımdır, bu, təkcə iki ölkənin deyil, həm də bütün dünyanın maraqları üçün lazımdır. Bu və ya digər şəkildə, gec-tez biz stabillik, təhlükəsizlik və sair məsələlər, yəni yalnız bizim müzakirə edə biləcəyimiz və etməli olduğumuz məsələlər barədə danışmalı olacağıq”, -Peskov vurğulayıb.