Rusiya qoşunlarını Kiyev və Çerniqovun vilayətlərindən çıxarıb.
"Unikal"ın Rusiya və Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın bu addımının Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlarda irəliləyişlə bağlı olduğu iddia edilir.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib ki, "Ukrayna ilə danışıqların praktiki müstəviyə keçməsi ilə əlaqədar olaraq Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin əhəmiyyətli dərəcədə azaldılması barədə qərar qəbul edilib".
Rusiya nümayəndə heyəti Moskvaya qayıtdıqdan sonra bununla bağlı daha ətraflı məlumat verəcəyini vəd edib.
Xatırladaq ki, Rusiya qoşunlarının Çerniqov və Kiyev vilayətlərindən çıxarılması daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təsdiqlənmişdi. Lakin Ukrayna tərəfi iddia edir ki, bu addımın əsl səbəbi danışıqlar deyil, böyük həcmli itkilərdir.
Qeyd olunub ki, bir neçə gün əvvəl RF Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələri rotasiya, yenidən qruplaşma, yaralı əsgərlərin təxliyəsi və ərzaq ehtiyatlarının artırılması üçün Belarus ərazisinə çəkilmişdi.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Kiyev yaxınlığında əks-hücumlarını davam etdirdiyi də bildirilir.
Ağarza Elçinoğlu