Ukrayna Rusiyanı işğalı başlayandan bəri ölkə daxilində ən azı 59 dini obyekti zədələməkdə və ya məhv etməkdə ittiham edib.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, bunlara sökülən qülləsi olan pravoslav kilsəsi, atəşə məruz qalmış yəhudi məktəbi və demək olar ki, tamamilə dağıdılmış kilsələr daxildir.
Haaqa Konvensiyasına görə, tarixi abidələri və mədəni irs obyektlərini hədəfə almaq beynəlxalq hüquqa görə müharibə cinayətidir.
Rusiya mülki infrastrukturun hədəf alındığını inkar edir, lakin BBC zərər çəkmiş bir sıra dini məbədləri müəyyən edib.
Aynurə Xudaverdiyeva