Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin kimi şəxsi həyatını seçicilərin və jurnalistlərin gözündən uzaq saxlasa da zamanla onun ailəsi haqqında bir sıra məlumatlar mediada yayılıb.

"Unikal"
xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandr Lukaşenko rəsmi olaraq bir dəfə Qalina adlı xanımla evlənib.

Lukaşenkonun evli olduğu bilinsə də mediada yayılan məlumatlara görə, o, uzun illər idi ki, Qalina ilə yaşamırdı, lakin cütlük rəsmi olaraq heç vaxt boşanmayıb. 

Qalina 1955-ci ildə adi belarus ailəsində anadan olub. O, gələcək prezidentlə məktəbdə oxuduğu Rıjkoviçi kəndində tanış olub. İddialara görə, Lukaşenko və Qalina bir-birlərini o qədər seviblər ki, birlikdə Mogilev İnstitutunun Tarix fakültəsinə daxil olmaq qərarına gəliblər. Təhsil aldıqdan sonra Lukaşenko sevgilisinə evlilik təklifi edib.

Aleksandr Lukaşenkonun toyu / Foto - mk.ru
Bu nikahdan oğulları Viktor və Dmitri dünyaya gəlib. Qalina Mogilyova köçdükdən sonra məktəbdə işləməyə başalyıb. Lakin o, cəmi üç gün orada qalıb, böyük oğlunun xəstəliyi ilə bağlı işi tərk edib. Bir müddət sonra qadın uşaq bağçasında çalışdı və 1998-ci ildə Mogilev Vilayət İcraiyyə Komitəsində şöbə müdiri olaraq çalışmağa başlayıb.

Lukaşenkonun keçmiş həyat yoldaşının hazırda nə etdiyi məlum deyil. 

Məlumatlara görə, bir dəfə Belarus qəzetlərindən biri Qalinanın gəldiyi Rıjkoviçi kəndində çəkilmiş bir şəkil dərc edib. Fotoda qadın inək sağır.

Lukaşenkonun arvadı inək sağır / Foto - charter97.org

Aleksandr Lukaşenkonun həyat yoldaşı belə görünür / Foto - peoples.ru

Açıq mənbələrdə əldə olunan məlumata görə, bu foto Lukaşenkonu qəzəbləndirib. Sonra inəyi arvadından almağı əmr edib və evin ətrafına hündür hasar çəkidirərək, ətrafa çox sayda mühafizəçilər yerləşdirilib.

Aynurə Xudaverdiyeva